ADAU-nun baytarlıq ixtisasının tələbələri İstanbul Universitetində təcrübə keçirlər

ADAU-nun baytarlıq ixtisasının tələbələri İstanbul Universitetində təcrübə keçirlərAzərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin “Baytarlıq” ixtisası üzrə təhsil alan beş tələbəsi Türkiyənin İstanbul Universitetində təcrübə keçirlər.

«Fakt-Araşdırma»-nın məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və Zoomühədislik fakültəsinin “baytarlıq” ixtisasının V kursunda təhsil alan beş tələbəsi-Xıdırlı Sabir Qalib oğlu, Sultanov Mirdaməd Ağamir oğlu, Məlikov Cəlal Eliş oğlu, Rzayev Qismət Rüstəm oğlu və Ələkbərov Suliddin Nəsir oğlu ADAU ilə arasında əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Universitetində kliniki təcrübə keçirlər.

2016-cı ilin iyulun 6-dan avqustun 6-dək müddəti əhatə edən təcrübənin birinci həftəsində tələbələr İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən xəstəxananın doğum və ginekoloji şöbəsində olublar. Bu müddət ərzində tələbələr heyvanlarda olan ginekoloji xəstəliklərin müayinəsini aparmış, müalicəsi mümkün olan xəstələliklərə düzgün diaqnoz qoyulması üçün lazım olan metodları, yeni avadanlıqların işləmə prinsipini öyrənmişlər.

Bundan başqa, tələbələr şöbədə yerləşən əməliyyatxanada heyvanlar üzərində ovariectomia, endometria, caesarea əməliyyatlarında iştirak etmişlər.

Təcrübə müddətinin ikinci həftəsində xəstəxananın cərrahiyyə şöbəsində təcrübə keçərək avadanlıqlarla tanış olmuş, hidrosefali, çanaq budunun displaziyası, hernia, L4-5 herni diskal, hematoma, xoş xassəli şiş və bir çox əməliyyatlarda iştirak etmiş, xəstə heyvanların müayinəsi, diaqnozun qoyulması və müalicəsi ilə yaxından tanış olmuşlar.