ADAU-nun tələbələrinə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar məlumat verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi ilə görüşüblər.

Universitetin İnzibati binasında keçirilən görüşdə “baytarlıq”, “zoomühəndislik” və “balıqçılıq” ixtisaslarının V kurs bakalavr və magistratura pilləsində təhsil alan tələbələri iştirak ediblər.

Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasının müdiri Aytən Hacıyeva iştirak edib.

Tədbirdə tələbələrə agentliyin fəaliyyət istiqamətləri, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində görülən işlər barədə geniş məlumat verilib. Həmçinin iştirakçılar AQTA-nın strukturu, işə qəbul proseduru, karyera imkanları haqqında məlumatlandırılıb və onların sualları cavablandırılıb. Eyni zamanda, görüş zamanı agentliyin 5 il ərzində həyata keçirdiyi tədbirləri əks etdirən videoçarx nümayiş olunub.


ADAU-nun tələbələrinə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar məlumat verilibADAU-nun tələbələrinə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar məlumat verilibADAU-nun tələbələrinə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar məlumat verilibADAU-nun tələbələrinə heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə əlaqədar məlumat verilib