Qafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublar

Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetinin rəhbər nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfəri çərçivəsində ali təhsil müəssisəsinin Baytarlıq təbabəti fakültəsində olublar.

Əvvəlcə qonaqlar fakültənin maddi-texniki bazası və tələbələrin ən müasir tələblərə uyğun təhsil alması üçün yaradılan şəraitlə tanış olublar.

Universitetin Baytarlıq klinikasında olan qonaqlara məlumat verilib ki, burada Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen və cərrahi əməliyyatlar ən müasir standartlara uyğun həyata keçirilir.

Sonra Anatomiya və Patoloji anatomiya muzeylərinə, Açıq və qapalı balıqyetişdirmə mərkəzinə və İstixana kompleksinə baxış keçirilib.

Daha sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova və Qafqaz Universitetinin rektoru Hüsnü Kapu Baytarlıq təbabəti fakültəsinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirib.

Görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov kənd təsərrüfatı mütəxəssislərinin xüsusilə də təcrübəli baytar həkimlərin yetişdirilməsi üçün Aqrar Universitetdə bütün zəruri addımların atıldığını bildirib. O deyib ki, yaxın gələcəkdə həyata keçiriləcək bir çox yerli və beynəlxalq layihələr bu istiqamətdə işləri daha da sürətləndirəcək.

Hüsnü Kapu akademik heyətlə görüşdən məmnunluğunu diqqətə çatdıraraq təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.


Qafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublarQafqaz Universitetinin nümayəndə heyəti Baytarlıq təbabəti fakültəsində olublar