Terapiya, mamalıq və cərrahiyyə kafedrası

Kafedranın tarixi 1931-ci ildə Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinin heyvandarlıq bölməsinin bazasında Gəncə şəhərində Azərbaycan baytarlıq və zootexniklik institutu yaradılması ilə bağlıdır. Müxtəlif illərdə kafedranın adı dəyişdirilmiş, hazırda “Terapiya, mamalıq və cərrahiyyə” kafedrası kimi fəaliyyət göstərir. İlk dəfə olaraq kafedra “Yoluxmayan xəstəliklər və kliniki diaqnostika” adı altında 1934-cü ildə fəaliyyət göstərmişdir.

1933-cü ildə cərrahiyyə kafedrası yaradılmışdır. Onun təşkilində A.Q.Əlizadə, B.M.Olivkov, İ.M.Şamxalov iştirak etmişlər. 1937-ci ildən 1953-cü ilə kimi cərrahiyyə kafedrasına dosent A.H.Qədimov rəhbərlik etmişdir.

Terapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrası

1939-cu ildə kafedra digər kafedra ilə birləşdirilərək “Əməli cərrahiyyə” adlandırılmış, daha sonralar “Patologiya və terapiya”, “Operativ cərrahiyyə və mamalıq” “Cərrahiyyə və mamalıq” və s. adlar altında fəaliyyət göstərmişdir. 1951-ci ildə fakültədə struktur dəyişikliyinin aparılması nəticəsində kafedralar birləşdirilmiş və yeni “Cərrahiyyə” kafedrası yaradılmışdır və bu kafedraya professor Mobil Həsənov rəhbərlik etmişdir. 1960-cı illərdə ayrıca “Mamalıq” kafedrası (kafedra müdiri -dosent Ç.A.Rzayev) fəaliyyət göstərmişdir.

1979-1988-ci illərdə “Yoluxmayan xəstəliklər və kliniki diaqnostika” kafedrası, 1988-ci ildən isə “Terapiya, klinik diaqnostika və cərrahiyyə” kafedrası adlandırılmışdır.

1998-ci ildən “Anatomiya, farmakologiya, terapiya və mamalıq” kafedrası, 2009- cu ildən isə “Yoluxmayan xəstəliklər” adı ilə fəaliyyət göstərmişdir.
2018-ci ildən kafedra “Terapiya, mamalıq və cərrahiyyə” kafedrası adlandırılır.

Terapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrası

Prof. Y.Y.Babayev “Yoluxmayan xəstəliklər və klinik diaqnostika” kafedrasının ilk müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildə kafedra iki müstəqil kafedralara bölünmüş və bunlara rəhbərlik gənc azərbaycanlı alimlər Q.Q. Mövsümzadəyə (“Kliniki diaqnostika” kafedrası) və M.Ə.Mehdiyevə (“Terapiya” kafedrası) tapşırılmışdır. Həmin illərdə kafedrada kliniki diaqnostika və terapiya kursları üzrə məşhur alimlər İ.N.Qvatua, V.M.Bitski, N.M.Preobrajenski, İ.M.Həsənov və bu təcrübəli mütəxəssislərlə yanaşı 1942-ci ildən etibarən həmin dövrdə hələ gənc assistent kimi fəaliyyətə başlamış, sonralar isə kliniki diaqnostika və yoluxmayan xəstəliklər fənləri üzrə azərbaycan dilində dəyərli dərsliklərin müəllifi olmuş prof. H.M.Hacıyev mühazirələr oxumuşlar.

1941-1947-ci illərdə kafedraya müvafiq olaraq dosentlər V.V.Spasski və F.F.Poroxov başçılıq etmişlər.

1947-ci ildən sonra kafedralara yenidən M.Ə.Mehdiyev və Q.Q.Mövsümzadə müdir təyin edilirlər.

Terapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrası

1950-1962-ci illərdə kafedraya prof. M.Ə Mehdiyev, 1962-1978 və 1984-1987-ci illərdə isə prof. H.M.Hacıyev, 1978-1984-cü illərdə dosent Ə.M.Əlizadə, 1988-1997-ci illərdə isə dosent N.A.Əliyev, 1997- 2008-ci illərdə dosent S.M.Tağıyev, 2009-2011-ci illərdə isə dosent R.N.Allahverdiyev rəhbərlik etmişlər.

2011-2014-cü illərdə kafedranın müdiri prof. F.N.Nəsibov, 2014-2018-ci illərdə prof. A.Ə.Tağıyev rəhbərlik etmişlər. 2018-ci ildə “Terapiya, mamalıq və cərrahiyyə” kafedrası yaradılmış, 2018-2019-cu illərdə ona yenidən prof.F.N.Nəsibov başçılıq etmişdir.

2020-ci ildən kafedraya dosent İ.F.Gəncəyev rəhbərlik edir.

Vaxtilə kafedrada çalışmış dosentlər Hacı Dilbazi, Əli Əlizadə, Fərrux Əliyev, Nağı Əliyev, Ələkbər Əliyev, Hikmət Əfəndiyev, Rəşid Əliyev, Bilal Səfərov, Həmzə Məmmədov və digərlərinin yoluxmayan daxili xəstəliklər, kliniki diaqnostika, baytarlıq işinin təşkili fənlərinin tələbələr tərəfindən mənimsənilməsində xidmətləri az olmamışdır.

Vaxtilə bu kafedrada görkəmli alimlər: professorlar Yaqub Babayev, Məmməd Mehdiyev, Qədir Mövsümzadə, Hacı Hacıyev rəhbərlik etmişlər. Məmməd Mehdiyev Azərbaycan Kənd Təsərrüfatı İnstitunun rektoru olmuşdur.

Bakalavr hazırlığı ilə yanaşı kafedrada 3 ixtisaslaşma (“Yoluxmayan daxili xəstəliklər”, “Mamalıq, ginekologiya və süni mayalanma”, “Baytarlıq cərrahiyyəsi”) üzrə magistr hazırlığı həyata keçirilir.

Terapiya, mamalıq və cərrahiyyə kafedrasıTerapiya, mamalıq və cərrahiyyə kafedrası

Kafedranın auditoriyaları və laboratoriyaları müasir avadanlıqlarla təchiz olunmuşdur, praktiki məşğələlərin, tədris təcrübələrin keçirilməsi məqsədilə baytarlıq klinikası, heyvandarlıq ferması, laboratoriya heyvanlarının saxlanması üçün vivarium, tədris-təcrübə təsərrüfatında təcrübə dərslərini keçmək və heyvanların dispanserizasiyasını aparmaq üçün ixtisaslaşdıırlmış laboratoriya, heyvan kəsimi məntəqəsi, diaqnostiki müayinələri və tədqiqatları aparmaq üçün müasir diaqnostik avadanlıqlarla və cihazlarla təchiz olunmuş xüsusi ixtisaslaşdırılmış laboratoriya, müvafiq cərrahi avadanlıqlarla təchiz olunmuş xüsusi cərrahi əməliyyat otağı, rentgen kabinəsi, ultrasəs müayinə cihazı, mamalıq və süni mayalanma mərkəzi və s. mövcuddur.

Kafedranın beynəlxalq əlaqələri:
Latviya Respublikasının Jeqova Təbiət Elmləri və Texnologiya Universiteti;
Ümumrusiya Ural Dövlət Baytarlıq Təbabəti Akademiyası;
Rusiya Federasiyası Ariol Dövlət Aqrar Universiteti;
Gürcüstan Zoobaytarlıq Tədris Tədqiqat İnstitutu;
Krım Dövlət Aqrar Universiteti;
Ümumrusiya Kənd Təsərrüfatı heyvanlarının Elmi-Tədqiqat fiziologiya, biokimya və qidalanma İnstitutu;
Moskva Baytarlıq Akademiyası.


Kafedranın tərkibi
Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin Terapiya mamalıq və cərrahiyyə kafedrasında 1professor, 2 dosent, 4 baş müəllim, 12 assistent, 1 baş laborant, 1 laborant, 1 operator çalışır.

KAFEDRA MÜDİRİ


Gəncəyev İlqar Fərhad oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


İsgəndərov Telman Bayram oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Verdiyeva Leyla Elman qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Səfərova Ulduz Yunis qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abbasov Ramin Əlastan oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva İradə Əjdər qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Nəbiyeva Nigar Elzam qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Bayramova Rumiyə Rasim qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Mehdiyev Aqil Qəzənfər oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Aytən Azər qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Xəlilova Günel Rəfail qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Cəfərova Nübubət Mircəfər qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Elmira Müsəllim qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Nəsibova Günel Rübail qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədzadə Tural Mehdi oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Qurbanova Nailə Tofiq qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Mustafayeva Fərəh Sabutay qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Osmanova Sevda Elman qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)