Anatomiya, patanatomiya və patfiziologiya kafedrası

Anatomiya, patanatomiya və patfiziologiya kafedrası
Kafedranın əsası 1925-ci ildə Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinin nəzdində "Kənd təsərrüfatı heyvanlarının anatomiyası və fiziologiyası" kafedrası kimi qoyulmuşdur. Kafedranın ilk müdiri P.Y.Rostovtsev olmuşdur. 1932-ci ilin yanvarında iki kafedrra: “Anatomiya” (müdiri-dosent V.Y. Lipatov) və “Fıziologiya” (müdiri-P.Y.Rostovtsev) yaradılmışdır. Sonralar kafedraya dosentlər Qasım Qənbəroğlu, Xanım Rəhimzadə və Cəfər Cəfərov başçılıq etmişlər. 1934-cü ildə "Patoloji fiziologiya və patoloji anatomiya" kafedrası yaradılıb. Kafedranın ilk müdiri A. D. Səmədov, sonra isə A. İ. Feodorov olmuşdur. "Anatomiya" kafedrasına 1936-cı ilədək dosent V.Y. Lipatov, "Fiziologiya" kafedrasına professor D.V. Znamenski rəhbərlik etmişlər.

Sonralar bu kafedralar birləşdirilərək "Ev heyvanlarının histologiyası və anatomiyası" kafedrası adı altında fəaliyyət göstərmişdir. Yeni kafedraya 1948-ci ilədək dosent L.M.Çuvatin başçılıq etmişdir. 1948-1953-cü illərdə müstəqil "Anatomiya" kafedrasına dosent M.A.Əliyev, 1953-55-ci illərdə İ.B.Abbasov rəhbərlik etmişlər. 1955-ci ildə "Anatomiya" kafedrası "Patanatomiya və histologiya" kafedrası ilə birləşdirilmiş və professor Ə.M.Xəlilov kafedraya rəhbərlik etmişdir.

1968-ci ildə "Ev heyvanlarının anatomiyası və histologiyası" kafedrası yaradılmış və ona rəhbərlik professor R.B.Rüstəmova həvalə edilmişdir. 1970-ci idə onun tərkibinə fıziologiya və farmakologiya kafedraları birləşdirilir və ona C.R.Cəfərov rəhbərlik etmişdir. Sonrakı illərdə kafedra müxtəlif adlar altında fəaliyyət göstərmiş və ayrı-ayrı alimlər ona rəhbərilik etmişlər.

Kafedranın əməkdaşları kafedrada tədris olunan fənlərə aid elmi istiqamətlər üzrə samballı tədqiqat işləri yerinə yetirmişlər.

1948-1955–ci illərdə anatomiya kafedrasına başçılıq etmış dosentlər Müseyib Əliyevin və İsrayıl Abbasovun heyvanların anatomiyası fənninin tədrisi sahəsində xidmətləri olmuşdur.

Anatomiya, patanatomiya və patfiziologiya kafedrasıAnatomiya, patanatomiya və patfiziologiya kafedrasıAnatomiya, patanatomiya və patfiziologiya kafedrası

Uzun illər (1968-2000) ərzində kafedra müdiri işləmiş, baytarlıq elmləri doktoru, professor R.B.Rüstəmov heyvanların anatomiyası fənnindən çoxsaylı tədris material-larının müəllifi olmuşdur.

1946-cı ildən 1990-cı ilə qədər kafedraya professor Ə.M.Xəlilov rəhbərlik etmişdir. Həmin vaxt kafedra "Patanatomiya, cərrahiyyə və patfiziologiya" adlanırdı.

2018-ci ildən kafedra "Anatomiya, patanatomiya və patfıziologiya" kafedrası adı ilə fəaliyyət göstərir. Hazırda kafedraya professor A.Ə.Tağıyev rəhbərlik edir.

Kafedranın nəzdində minlərlə eksponatı olan "Anatomiya” muzeyi fəaliyyət göstərir. Muzeydə 3 mindən artıq eksponat qorunub saxlanılır və tədris prosesində əyani vasitə kimi istifadə olunur.

Kafedranin digər muzeyi isə Patoloji anatomiya muzeyidir. Burada da müasir avadanliqlarla bir laboratoriya və xüsusi qablarda saxlanilan əyani vəsaitlər vardır.

Anatomiya, patanatomiya və patfiziologiya kafedrasıAnatomiya, patanatomiya və patfiziologiya kafedrasıAnatomiya, patanatomiya və patfiziologiya kafedrası

Müxtəlif illərdə kafedranın aparıcı mütəxəssisləri - professor A.Ə Tağıyev, ADAU-nun professoru A.M.Ramazanov, dosentlər D.M. Adıgözəlova E.İ Əliyev., X.X. Cəfərov tərəfindən 700 çap vərəqindən çox dərslik, dərs vəsaiti, metodik göstəriş, metodik vəsait, fənn proqramları hazırlanaraq nəşr olunmuşdur.

Kafedrada 11 nəfər professor - müəllim heyyəti, 6 nəfər texniki işçi fəaliyyət göstərir. Onlardan 1 nəfər elmlər doktoru, professor (A.Ə Tağıyev), 1 nəfər b.e.n., ADAU-nun professoru (A.M.Ramazanov), 3 nəfər dosent (D.M. Adıgözəlova, E.İ.Əliyev, X.X. Cəfərov), 3 nəfər baş müəllim (K.Ə.Quliyeva, R.A.Süleymanova, A.S.Mustafayev), 3 nəfər assistentdir (L.A.Həsənova, Q.R Alverdiyev, N.M. Əliyeva).

Anatomiya, patanatomiya və patfiziologiya kafedrası




















KAFEDRA MÜDİRİ


Tağıyev Arif Əlirza oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Adıgözəlova Dursun Miri qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Alverdiyev Qulam Rafiq oğlu
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Süleymanova Rumiyyə Aydın qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Könül Əkbər qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Lalə Akif qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Meyfalıyeva Aynur Cümşüd qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Tağıyeva Əlvan Həsən qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədrzayev Güloğlan Səfəralı oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)