Əczaçılıq

Əczaçılıq
2009-cu ildə Azərbaycan Respublikası Nazirlər kabinetin qərarı ilə ADAU-nun nəzdində “Əczaçılıq” ixtisası ilə mütəxəssis hazırlığı başlamışdır və “Əczaçılıq və morfologiya” kafedrası (kaf. müdiri dosent A.Ə.Əliyev) yaradılmışdır. 2011-ci ildən isə kafedra “Əczaçılıq” kafedrası adlandırılmışdır. 2014-cü ildə “Əczaçılıq” kafedrası digər kafedra ilə birləşdirilmiş və “Əczaçılıq və baytar-sanitariya ekspertizası” kafedrası (kaf.müdiri professor M.M.Əliyev) adı altında 2021-ci ilin sentyabr ayınadək fəaliyyətini davam etdirmişdir.

2021-ci il sentyabr ayından “Əczaçılıq və baytar-sanitariya ekspertizası” kafedrasında struktur dəyişikliyi aparılmış, yalnız əczaçı tələbələr üçün müxtəlif ixtisas fənnləri tədris olunan Əczaçılıq kafedrası müstəqil fəaliyyət göstərməyə başlamışdır.

Bakalavr və magistr qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Bu ixtisas tədris planı Azərbaycan Tibb Universitetinin Əczaçılıq ixtisasının tədris planına tam uyğunlaşdırılmışdır. İxtisas fənlərini (farmakoqnoziya, əzcaçılıq kimyası, əczaçılıq texnologiyası, əczaçılığın təşkili, toksikoloji kimya və s.) tədris etmək üçün kafedranın nəzdində kifayət qədər mühazirə, laboratoriya və seminar otaqları mövcuddur. Onlar yüksək səviyyədə təchiz olunub və tədris prosesində istifadə olunurlar.

Laboratoriyalar isə müasir avadanlıq, cihazlar, kimyəvi reaktivlərlə təchiz olunmuşdur. Belə ki, əczaçılıq fənnlərinin tədrisi və elmi-tədqiqat işlərinin aparılması üçün atom-absorbsion spektrofotometr, polyarimetr, refraktometrlər, mikroskoplar, xeyli sayda müxtəlif cihazlar, reaktivlər, dərman preparatları, aidiyyatı üzrə alət və ləvazimatlar (aptek tərəziləri, qabları, aparatları və s.) alınaraq kafedranın ixtiyarına verilərək tədrisdə istifadə olunur. 2021-ci ildə universitetin rəhbərliyinin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə kafedrada müasir üslubda qurulmuş “Əczaçılıq innovasiya mərkəzi” yaradılmış və fəaliyyətə başlamışdır. Kifayət qədər dərsliklər və dərs vəsaitləri universitet tərəfindən alınmış, ADAU-nun fundamental kitabxanasına, fakültə kitabxanasına və “Əczaçılıq innovasiya mərkəzi"nə verilmişdir. Bunların əksəriyyəti Azərbaycan Tibb Universitetinin alimləri tərəfindən son illər hazırlanmış dərslik və dərs vəsaitləridir. Eyni zamanda rus, türk və ingilis dilində də əczaçılığa aid müəyyən qədər ədəbiyyatlar kafedrada mövcuddur. Kafedrada Tələbə Elmi Cəmiyyəti və onun nəzdində elmi dərnəklər fəaliyyət göstərir.

ƏczaçılıqƏczaçılıqƏczaçılıqƏczaçılıq

Tədris olunan bütün fənlər üzrə mövcud proqramlar elmi cəhətdən əsaslandırılmış və metodiki baxımından məqsədəuyğun formalarla zənginləşdirilimişdir. Tədris olunan fənnlərin tədrisi üçün kifayət qədər dərsliklər və tədris-metodiki vasitələrdən istifadə olunur. Kafedrada bütün fənnlər üzrə tədris prosesi ixtisaslı mütəxəssislər tərəfindən iki dildə - azərbaycan və rus dillərində aparılır.

Əczaçılıq kafedrasında ayrı-ayrı ixtisaslarda azərbaycan və rus bölmələrində bakalavr və magistr təhsil pilləsi üzrə 30-dan artıq fənn tədris olunur: “Əczaçılıq texnologiyası”, “Əczaçılıq kimyası”, “Farmakoqnoziya”, “Əczaçılıq qanunvericiliyi və menecmenti”, “Dərman vasitələrinin fiziki-kimyəvi analiz üsulları", “Radiofarmasiya”, “Əczaçılıq kosmetologiyası”, “Biofarmasiya və farmakokinetika”, “Farmakologiya”, “Əczaçılığın tarixi və deontologiyası”, “Əczaçılıq toksikologiyası“, “Kliniki farmakologiya”, “Əczaçılıq əmtəəşünaslığı”, “Fitoterapiya”, “İxtisas sahəsinin müasir problemləri”, “Dərman bitki xammalının tədarükü, emalı və keyfiyyətinə nəzarət”, “İxtisas sahəsinin tarixi və metodologiyası”, "Bitki dərman xammalının farmakoqnoziyası”, "Heyvan və mineral mənşəli dərman xammalının farmakoqnoziyası”, “Qidaya təbii bioloji əlavələr”, “Parazit əleyhinə dərman bitkiləri” və s.

Hal-hazırda Əczaçılıq kafedrasına dosent Nağıyeva Mahruh Mahmud qızı rəhbərlik edir. O, 2005-cı ildə “Tərkibində sulfhidril qrupu olan dərman maddələrinin titrimetrik təyinində bəzi azobirləşmələrin kompleks əmələgətirmə xassələrinin tətbiqi” mövzusunda“ 15.00.02- əczaçılıq kimyası və farmakoqnoziya” ixtisası üzrə namizədlik dissertasıyasını müdafiə edərək, 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Bir neçə dərsliyin və elmi əsərlərin müəllifidir.

Kafedranın professor müəllim heyəti 3 nəfər dosent, 7 nəfər baş müəllim, 14 nəfər assistentdən ibarətdir. O cümlədən, 2 nəfər baş laborant, 1 nəfər laborant, 1 nəfər isə preparator vardır.

ƏczaçılıqƏczaçılıqƏczaçılıq

Son illərdə kafedraya xeyli sayda əczaçılıq, tibb və kimya sahələri üzrə magistraturanı bitirmiş gənc perspektivli müəllimlər (N.A.Tağıyeva, Ş.B.Cəfərova, Ş.C.Cəfərova, E.A.Yolçuyeva, İ.B.Şirinova, E.P.Orucov, A.F.Əsgərli, F.Ə.Rəşidova, G.A.Abdullazadə, A.S.Məmmədova, S.M.Quliyeva, A.N.Səfxanova, G.N.Cəbrayılova, İ.E.Abbasova, A.M.Qəbilova, H.M.Qəbilov, H.C.Kazımzadə) cəlb edilmişlər. Onlar lazımi səviyyədə əczaçılıq fənlərini tədris etməklə yanaşı, doktoranturada təhsilini davam etdirirlər.

Eyni zamanda əczaçılıq ixtisasının məzunları uğurla qəbul imtahanlarını verərək öz təhsillərini əczaçılıq üzrə magistratura təhsil pilləsində Universitetimizdə, Azərbaycan Tibb Universitetində, Türkiyədə, Rusiyada davam etdirirlər.

Son 10-15 ildə kafedranın əməkdaşları onlarla Beynəlxalq elmi Konfranslarda, Simpoziumlarda, Qurultaylarda, Konqreslərdə, Beynəlxalq Elmi layihələrdə (dosent A.Ə.Əliyev-Mövlanə - Mevlana Exchange Program, Türkiyə-2017; baş müəllim N.A.Tağıyeva - Mövlanə-Mevlana Exchange Program, Türkiyə-2018; N.A.Tağıyeva, Sloveniya-2019, baş müəllim E.A.Yolçuyeva – Erasmus+, Türkiyə-2022, Ş.C.Cəfərova – Erasmus+, Slovakiya-2022) iştirak etmişlər.


KAFEDRA MÜDİRİ


Nağıyeva Mahruh Mahmud qızı
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Əliyev Akif Əsəd oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Atakişiyev Sakit Cəlil oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyev Oqtay Vəli oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Tağızadə Aybəniz Türkan qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Tağıyeva Nərmin Akif qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədzadə İlahəxanım Tofiq qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Cəfərova Şəfiqə Cahangir qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Yolçuyeva Eminə Aqil qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abbasov Vüqar Gəray oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Cəfərova Şəhla Bayram qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əsgərli Ayşən Fəzail qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Abdullazadə Günay Altay qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Şirinova İlahə Bayram qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Rəşidova Fatimə Firdus qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Abbasova İlahə Eldəniz qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Kazımzadə Hüseyn Ceyhun oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Qəbilova Aliyə Malik qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Cəbrayılova Günel Nurəddin qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Quluyeva Samirə Mahir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Orucov Etibar Pərviz oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Aytəkin Səbuhi qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Səfxanova Ayşən Nəsimi qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Şirinova İlahə Bayram qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)