Gigiyena və qida təhlükəsizliyi

Gigiyena və qida təhlükəsizliyi
Bu kafedra ayrı-ayrı dövrlərdə müxtəlif adlarla fəaliyyət göstərmişdir. Bu kafedralarda ayrı-ayrı illərdə professor P.Y.Rostovtsev, dosentlər Q.K.Qənbəroğlu, X.İ.Rəhimzadə, V.Lipatov, professor D.V.Znamenski, dosentlər L.M.Çuvatin, M.A.Əliyev və İ.B.Abbasov, professorlar Ə.M.Xəlilov, R.B.Rüstəmov, Ə.A.Əsgərov, M.M.Əliyev, dosentlər S.M.Tağıyev, R.N.Allahverdiyev, A.Ə.Əliyev rəhbərlik etmişlər.

BSE kafedrası D.Bayramovun təşəbbüsü ilə yaranmışdır. Sonra kafedraya A.A.Tsion, Zoogigiyena kafedrasına isə N.B.Strejevski rəhbərlik etmişdir. Sonralar zoogigiyena fənni əvvəlcə mikrobiologiya, sonra isə epizootologiya kafedrasının tərkibində tədris edilmişdir. “BSE və parazitologiya” kafedrasına prof. Ə.M.Əhmədov rəhbərlik etmişdir.

1965-ci ildə yaradılan “Zoogigiyena, zoologiya və BSE” kafedrası qısa müddətdə elmi-pedaqoji kadrlarla, tədris və elmi baza ilə təmin edildi. 1965-ci ildən 2009-cu ilə qədər bu kafedraya professor Ə.A.Əsgərov rəhbərlik etmişdir. İlk dəfə olaraq kafedrada “Zoogigiyena” ixtisası üzrə yerli kadrların hesabına aspirantların hazırlanması həyata keçirilmişdir. Kafedranın əməkdaşları Azərbaycan şəraitində camış, qaramal, qoyun və quşlar üçün zoogigiyenik normaları və rejimini işləyib hazırlamışlar, respublikanın otlaq çəmənliklərini, su mənbələrini öyrənmək üçün sanitar-zoogigiyenik və təbiəti qorumaq üzrə sanballı tədqiqatlar aparmışlar. Professorlar Ə.A.Əsgərovun və M.M.Əliyevin rəhbərliyi ilə kafedranın əməkdaşları kənd təsərrüfatı heyvanlarının, quşların və ipək qurdunun bir sıra yoluxucu xəstəliklərinin öyrənilməsi, yeni dezinfeksiya vasitələrinin və dezinfeksiya rejiminin işlənməsi ilə məşgul olmuşlar. Hazırda kafedraya rəhbərlik edən professor Mirzə Əliyevin bütün elmi-pedaqoji fəaliyyəti bu kafedra ilə bağlıdır. Onun 1971-ci ildə “Mikroiqlimin kəlçələrin bir sıra fizioloji göstəricilərinə təsiri” və 1993-cü ildə “Camışların bədən temperaturunun tənziminin fiziologiyası” mövzularında hazırladığı namizədlik və doktorluq dissertasiyaları, 260-dan çox dərc edilmiş elmi əsərləri ilə yanaşı baytarlıq sahəsi üzrə kadr hazırlığı sahəsində xidmətləri təqdirə layiqdir (onun rəhbərliyi ilə 4 nəfər fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru, оnlarla magistr dissertasiyalarını müdafiə etmiş və alimlik dərəcəsi almışlar). Hazırda alim 3 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiya mövzularına rəhbərlik edir. Eyni zamanda professor M.M.Əliyev 25-dən çox dərslik monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Gigiyena və qida təhlükəsizliyiGigiyena və qida təhlükəsizliyiGigiyena və qida təhlükəsizliyiGigiyena və qida təhlükəsizliyi

Hazırda kafedrada müxtəlif növ heyvanların bir sıra morfo-fizioloji göstəricilərinin və xəstəliklərinin tətdiqi, onların məhsullarının baytar-sanitar ekspertizası mövzusu üzrə tədqiqatlar aparılır. Son illərdə kafedranın maddi-texniki bazası xeyli gücləndirilmiş, kafedra yeni müasir avadanlıqlar və cihazlarla kimyəvi reaktivlərlə, mikroskoplarla, notebook və fərdi kompyuterlərlə, proyektorlarla təhciz olunmuşdur. Laborotoriya və auditoriyalar yüksək səviyyədə təhciz olunub tədris prosesində istifadə olunur.

Kafedranın nəzdində kifayət qədər auditoriya, laboratoriya, fəaliyyət göstərir. Kafedrada müasir avadanlıqlarla təhciz olunmuş baytar-sanitar ekspertizası, sanitariya və gigiyena, əczaçılıq kimyası toksikologiya, fiziologiya, laboratoriyaları qurulmuşdur, kafedraya sürətli internet xətti çəkilmişdir.

Kafedrada tədris olunan fənlərin lazımi səviyyədə tədris edilməsi üçün kifayət qədər tədris və tədris-metodiki vəsaitlərdən və materiallardan istifadə olunur. Bu məqsədlə kafedranın əməkdaşları tərəfindən bütün fənlər üçün tədris proqramları hazırlanmış, xeyli miqdarda dərslik və dərs vəsaitləri, tədris-metodiki işləmələr, tövsiyələr nəşr olunmuşdur.

Gigiyena və qida təhlükəsizliyiGigiyena və qida təhlükəsizliyiGigiyena və qida təhlükəsizliyiGigiyena və qida təhlükəsizliyi

Kafedranın beynəlxalq elmi və tədris əlaqələri mövcuddur. Professor M.M.Əliyevin, K.Q.Məmmədovanın, T.N.Əsgərovanın, A.A.Hüseynovanın, B.S.Cəfərovanın bir sıra elmi əsərləri ingilis, rus dillərində İtaliyada, Türkiyədə, İsvecdə, Rusiyada, Gürcüstanda və digər xarici ölkələrdə nüfuzlu elmi jurnallarda nəşr olunub. Kafedranın əməkdaşları (professor M.M.Əliyev, baş müəllimlər K.Q.Məmmədova və başqaları) bir sıra beynəlxalq elmi lahiyələrin (“Erasmus” və “Mövlanə” proqramları üzrə və s.) iştirakçısı olmaqla, Türkiyənin Atatürk Universitetinin, Rumıniyanın Timoşoara Aqrar və baytarlıq təbabəti Universitetinin, Sloveniyanın Novoqoritsa Universitetinin alimləri ilə birgə elmi tədqiqatlar və araşdırmalar aparmışlar.

Kafedranın professor-müəllim heyəti - 1 nəfər biologiya elmləri doktoru, professor, 1 nəfər biologiya üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent əvəzi, 1 nəfər texnika üzrə fəlsəfə doktoru baş müəllim, 4 nəfər baş müəllim, 1 nəfər əvəzçiliklə baş müəllim, 4 nəfər assistent, 1 nəfər əvəzçiliklə assistentdən ibarətdir. O cümlədən 1 nəfər laborant, 1 nəfər operator kimi tədrisə köməkçi heyət vardır.

ADAU Elmi şurasının 17.09.2021-ci il taixli qərarına əsasən Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrası kafedrasının bazasında Gigiyena və qida təhlükəsizliyi kafedrası yaradılmışdır.

KAFEDRA MÜDİRİ


Əliyev Mirzə Mikayıl oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Məmmədova Gülçin Ramiq qızı
Dekan müavini, Aqrar elm.sah.üzrə fəl.dok
HAQQINDA MƏLUMAT (CV)



Fərzəliyev Vamik İmamverdi oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Bayramova Həqiqət Həmid qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Turan Hamlet qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Behbudova Yeganə Xankişi qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Aytən Aydın qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Küşvər Qalib qızı
Ph.D, Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsədova Lalə Xalis qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



İbrahimova Lalə Rafiq qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Səfərova Könül Xaliq qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Vəliyeva Lalə Teymur qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Cəfərli Bursa Suliddin qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Qəzənfərova Gülşən Vidadi qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Orucova Nailə Kamal qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)