Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrası

Bu kafedra “Mikrobiologiya” adı ilə 1932-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsinin bazasında Gəncə şəhərindəki Zoobaytarlıq İnstitutu nəzdində təşkil olunmuşdur. Sonralar professor S.İ. Draçinskiy, assistentlər N.V. Strijevski və M.Q. Qəniyev tərəfindən Mikrobiologiya və epizootologiya kafedrası təşkil olunur.

Kafedraya müxtəlif illərdə professorlar S.İ.Draçinski, A.A.Boqdanovski, M.Q.Qəniyev, K.M.Səfərov. Y.B.Səfərov, R.A.Qədimov rəhbərlik etmişlər. Kafedra uzun illər «Epizootologiya, Mikrobiologiya və Virusologiya» adlandırılmışdır. 1991-ci ildən isə patanatomiya fənninin kafedraya verilməsi ilə əlaqədar olaraq, kafedra “Epizootologiya, mikrobiologiya və patanatomiya” adlandırılmış, 2000-ci ildən etibarən kafedra “Epizootologiya, mikrobiologiya və parazitologiya” adlanır.

Yarandığı və fəaliyyətə başladığı ilk vaxtdan etibarən, kafedrada məqsədyönlü elmi-tədqiqat işləri aparılmışdır. Aparılan elmi-tədqiqatların nəticəsində buzov və quzularda kolibakteriozun, donuzlarda isə paratifin istər profilaktikası, istərsə də müalicəsi məqsədilə səmərəli mübarizə tədbirləri işlənib hazırlanır.

1933-1934-cü illərdə AKTİ-nun Baytarlıq fakültəsinin mikrobiologiya və epizootologiya kafedrasında M.Q.Qəniyevin (1907-1979) səmərəli fəaliyyəti nəticəsində brusellyoz törədicilərinin uzun müddətli kulturalaşdırılmasına nail olunmuş, mikroaerofil şəraitdə Br.abortus tipinin kulturasının alınması reallaşmışdır.

Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticəsində köçəri heyvandarlıqda brusellyozun yayılma dinamikası öyrənilmiş, buna təsir göstərən faktorlar müəyyənləşdirilmiş və brusellyoza qarşı mübarizə tədbirləri sistemli olaraq hazırlanmış və tətbiqinə nail olunmuşdur ki, bu da heyvandarlıq təsərrüfatlarında brusellyoza görə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə və buna nail olmağa zəmin yaratmışdır.

Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrası

Əməkdar elm xadimi, Azərbaycan EA-nın akademiki, baytarlıq elmləri doktoru, professor M.Q.Qəniyev öz elmi məktəbini yaratmış, Baytarlıq elminə və təcrübəsinə faydalı töhfələr vermişdir.

Akademik M.Q.Qəniyev 1950-ci ildə Azərbaycanda ilk dəfə olaraq ana dilimizdə “Baytarlıq mikrobiologiya” dərsliyini yazmışdır.

Kafedraya uzun illər rəhbərlik etmiş Kabutər Səfərov istər yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında, istərsə də sanballı elmi-tədqiqat işlərinin aparılmasında səmərəli fəaliyyət göstərmişdir. O, xırda buynuzlu heyvanların leptospirozunun öyrənilməsi ilə əlaqədar olaraq fundamental elmi-tədqiqat işləri aparmış və bununla da baytarlıq elminə və təcrübəsinə layiqli töhfələr vermişdir.

Azərbaycan baytarlıq elmi və praktikası qarşısında dəyərli xidmətləri olan alimlərimizdən baytarlıq elmləri doktoru, professor Yunis Səfərov kafedraya rəhbərlik etdiyi illərdə, kafedranın tarixini və ənənəsini şərəflə yaratmış və əsl mənada öz elmi məktəbini yaratmışdır. Y.B.Səfərov qoyunların anaerob infeksiyalarının öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və təsərrüfatlara tətbiq edilməsi istiqamətində fundamental tədqiqat işləri aparmış, bir çox elmi nailiyyətlər əldə etmişdir.O bir sıra dərslik, dərs vəsaitləri və monoqrafiyaların müəllifidir.

Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrası

Kafedraya uzun illər rəhbərlik etmiş əməkdar elm xadimi, baytarlıq elmləri doktoru, professor Raul Qədimovun apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin mühüm elmi və təcrübi əhəmiyyəti olmuşdur. O, ilk dəfə olaraq Azərbaycanda qoyunların bir çox infeksion xəstəliklərinə qarşı kompleks və assosiasiyalı peyvəndləmə üsulunu işləyib hazırlamış, bununla bağlı bir çox müəlliflik şəhadətnaməsi almışdır. Raul Qədimov 20-yə yaxın elmlər namizədi yetirmiş və bir neçə doktorluq dissertasiyasına məsləhətçi olmuşdur.

Hal- hazırda kafedrada “Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanları və quşlarının, arı və balıqların daha çox təsadüf edən yoluxucu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi” mövzusunda Elmi tədqiqat işi aparılır.

Hal-hazırda kafedrada 15 nəfərdən ibarət olan professor-müəllim heyəti səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olur və aqrar sahə üzrə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işində bilik və bacarıqlarını əsirgəmirlər:

Kafedrada 3 dosent, 2 dosent əvəzi, 6 nəfər baş müəllim, 4 nəfər isə assistent kimi çalışırlar. Kafedranın 2 nəfər baş laboranti, 1 laboranti, 1 operator və 1 nəfər preporatoru vardır.

2000-ci ildən kafedraya dosent Ələsgərov Zahir Əmir oğlu rəhbərlik edir. Onun apardığı elmi-tədqiqat işinin əsas istiqaməti “Qoyunlarda salmonellyoza qarşı baytarlıq-sanitariya tədbirləri kompleksinin təkmilləşdirilməsi”nə həsr olunmuşdur. O, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Norveç Təbiət Elmləri Universiteti arasında 2011-ci ildən icrasına start verilmiş “Heyvanlarda brusellyozun öyrənilməsi” akademik layihəsinə rəhbərlik etmişdir.

Dosent Z.Ə.Ələsgərov bir sıra ölkələrdə (Türkiyə, Fransa, Norveç, Rusiya, Gürcüstan, Ukrayna) Baytarlıq elminin aktual problemlərinə həsr edilmiş Beynəlxalq konqres, simpozium, konfrans və elmi seminarların işində elmi məruzələrlə çıxış etmiş və müvafiq sertifikatlar almışdır. O, 110-dan çox elmi əsərin, o cümlədən 4 dərslik, 2 dərs vəsaiti, 2 monoqrafiya, bir sıra elmi tövsiyyə, metodik göstəriş və proqramların müəllifidir.

Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrasıEpizootologiya, mikrobiologiya və parazitologiya kafedrası

Kafedranın əməkdaşları tərəfindən indiyədək 800-dən çox elmi əsər, o cümlədən 70-dən çox dərslik, dərs vəsaiti, monoqrafiya və tədris-metodiki vəsait yazılmışdır.

Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq, onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuş, 10-a qədər müəlliflik şəhadətnaməsi alınmış və mühüm təsərrüfat əhəmiyyətli elmi tövsiyyələr işlənib hazırlanmışdır.

Kafedranın İstanbul Universiteti, Moskva Baytarlıq Akademiyası, Gürcüstan Dövlət Aqrar Universiteti, Kars-Qafqaz Universiteti, Ərzurum Universiteti, Norvec Təbiət elmləri Universiteti ilə sıx əlaqələri mövcuddur.

Kafedradar Azərbaycan Respublikasının qoyunçuluq təsərrüfatlarında daha çox yayılmış infeksion xəstəliklərin ( anaerob infeksiyalar, salmonellyoz, pasterellyoz, aqalaktiya, mastit) epizootologiyası, etioligiyası, patogenezi, diaqnozu və onlara qarşı səmərəli mübarizə tədbirləri ilə bağlı elmi-tədqiqat işləri aparılır.

Kafedrada tədris və elmi-tədqiqat işlərini həyata keçirmək üçün müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş “Mikrobiolologiya”, “Virusologiya”, “İmmunologiya”, “Epizootologiya” laboratoriyaları və həmçinin əyani muzey eksponatları ilə zəngin olan “Parazitologiya” laboratoriyası mövcuddur.

Kafedrada “AzVET” milli-baytarlıq sisteminin idarə olunması prinsiplərini tələbələrə və mütəxəssislərə aşılamaq üçün, 12 kompüter dəstindən ibarət laboratoriya da mövcuddur.

KAFEDRA MÜDİRİ


Ələsgərov Zahir Əmir oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Dünyamalıyev Qalib Ənvər oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)

Sərdarlı Vüsalə Vahid qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)

Musayeva Məryəm Rza qızı
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)

Zeynalova Şəlalə Kərəm qızı
Aqrar elmləri üzrə fəlsəfə doktoru
HAQQINDA MƏLUMAT (CV)

Hüseynova Sevinc Hidayət qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)

Novruzova Sevinc Nəbi qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)

Dünyamalıyeva Könül İslam qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)

Məmmədov Ramil Telman oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)

Ağayeva Aytən Nazim qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)

Hüseynova Rəminə Zakir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)

Ələsgərova Nərmin Zahir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)

Verdiyeva Günay Ağarza qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)