Baytarlıq ixtisasının məzunları 50 ildən sonra bir araya gəlib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 1968-1973-cü il “Baytarlıq” ixtisasının məzunları yenidən doğma Universitetlərində bir araya gəliblər.

Məzunlar daha əvvəl 1993-cü ildə 20 illik yubileylərini qeyd etmək üçün toplanıblar. 2023-cü ildə isə məzun olmalarının 50 illik yubileyində doğma universitetlərində görüşüblər.

Məzunlarla görüşən Universitetin rektoru Zəfər Qurbanov keçən illər ərzində ADAU-nun müasir standartlara cavab verən ali təhsil ocağına çevrilməsi və tələbələr üçün yaradılan şərait və imkanlardan söz açıb.

Sonda məzunlar Baytarlıq fakültəsində olub, maddi-texniki baza və müasir laboratoriyalar ilə tanış olublar.


Baytarlıq ixtisasının məzunları 50 ildən sonra bir araya gəlibBaytarlıq ixtisasının məzunları 50 ildən sonra bir araya gəlibBaytarlıq ixtisasının məzunları 50 ildən sonra bir araya gəlibBaytarlıq ixtisasının məzunları 50 ildən sonra bir araya gəlib