Aqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıb

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başa çatıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dinləyiciləri təbrik edərək, layihə çərçivəsində əldə etdikləri biliklərin gələcək iş fəaliyyətlərində mühüm rol oynayacağını bildirib.

İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də ödənişsiz təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda ödənişsiz təkmilləşdirmə kurslarında iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.


Aqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıbAqrar Universitetdə keçirilən ödənişsiz təkmilləşdirmə kursları başa çatıb