ADAU və ATU alimləri birgə seminar keçiriblər

Azərbaycan Tibb Universitetinin (ATU) alimləri professor Məhbubə Vəliyeva və dosent Vaqif İsgəndərov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əczaçılıq kafedrasının professor-müəllim heyəti ilə birgə seminar keçiriblər.

Qonaqlar əvvəlcə ADAU-nun yeni yaradılan Əczaçılıq kafedrasının maddi-texniki bazası, Əczaçılıq İnnovasiya mərkəzi və kafedranın professor-müəllim heyəti ilə tanış olublar.

Sonra ADAU və ATU alimləri birgə əczaçılıq ixtisasında təhsil alan bakalavr və magistr tələbələr həmçinin müəllimlər üçün seminar təşkil ediblər.

ADAU və ATU alimləri birgə seminar keçiriblərADAU və ATU alimləri birgə seminar keçiriblərADAU və ATU alimləri birgə seminar keçiriblər