ADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Beynəlxalq şöbənin müdiri Küşvər Məmmədova və Baytarlıq fakültəsinin baş müəllimi Qulam Əlverdiyevdən ibarət nümayəndə heyəti Kazan Dövlət Aqrar Universitetində (KDAU) səfərdə olub.

Səfərin əsas məqsədi universitetin fəaliyyəti ilə yaxından tanış olmaq, eyni zamanda təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən bitki mühafizəsi və seleksiya sahəsində birgə mexanizminin yaradılması yolu ilə elmi-tədqiqat layihələrini həyata keçirmək olub.

Qonaqlar Kazan Dövlət Aqrar Universitetinin Mexanikləşdirmə və Aqrobiotexnologiya və Torpaqdan İstifadə İnstitutunun laboratoriyalarında və tədris korpuslarında olublar.

Səfər zamanı birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

ADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edibADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edib