ADAU ilə TİKA arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qonaqlarla görüşdən məmnun olduğunu deyən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov birgə yeni layihələrin həyata keçirilməsi üçün Aqrar Universitetdə bütün imkanların olduğunu vurğulayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatoru Fatih Yılmaz bildirib ki, TİKA kənd təsərrüfatı, turizm, iqtisadi, sosial və mədəni və s. sahələr üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verir.

Həyata keçirilməsi nəzərdə tutulan bir neçə yeni layihə və əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Görüşdə Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, Bakı Proqram Koordinasiya ofisinin əməkdaşları Abbas Hümmətov və Elmir Laçınov da iştirak ediblər.

Sonra qonaqlar Universitetin Baytarlıq təbabəti fakültəsi, müasir laboratoriyaları və Tədris-təcrübə təsərrüfatına baş çəkiblər.

ADAU ilə TİKA arasında yeni əməkdaşlıq imkanları müzakirə olunubADAU ilə TİKA arasında yeni əməkdaşlıq imkanları müzakirə olunubADAU ilə TİKA arasında yeni əməkdaşlıq imkanları müzakirə olunubADAU ilə TİKA arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub