Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsinin icrası davam edir.
Növbəti tədbir Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində “Yaşıl gələcək naminə: heyvanları qoruyaq, ətraf mühiti təmiz saxlayaq” mövzusunda keçirilib.
İctimai müzakirədə çıxış edən “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova qlobal iqlim dəyişikliklərinin ciddi fəsadlar verdiyini bildirib. Onun sözlərinə görə, son illər hökm sürən anormal hava şəraiti qlobal iqlim dəyişikliyinin fəsadlarındandır.
Layihənin eksperti, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına ciddi töhfələr verdiyini deyib.
ADAU-nun Baytarlıq Təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova könüllü təbiətsevərlərin iştirakı ilə sahibsiz heyvanlar üçün sığınacağın yaradılacağını diqqətə çatdırıb.
Sonda suallar cavablandırılıb.
Daha sonra bir qrup tədbir iştirakçısı layihə çərçivəsində ətraf ərazilərin məişət tullantılarından təmizlənməsi aksiyası keçirib. Aksiyada şəhərin Ozan küçəsində yerləşən Tələbə parkının ərazisinə və ətraf küçələrə atılmış polietilen torbalar, su butulkaları, yemək qalıqları, meyvə çəyirdəkləri toplanaraq məişət tullantıları qablarına atılıb. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb.