Rüstəm Ravilov ADAU-da tələbələrlə onlayn görüş keçirib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları ilə növbəti görüş keçirilib.

Proqram çərçivəsində keçirilən görüşdə N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru Prof.Dr. Rüstəm Xamitoviç Ravilov onlayn formada tələbələrlə görüşüb, fikir mübadiləsi abarıb.

Qeyd edək ki, ADAU ilə N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qarşılıqlı olaraq baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin aparılmasına start verilib.

Rüstəm Ravilov ADAU-da tələbələrlə onlayn görüş keçiribRüstəm Ravilov ADAU-da tələbələrlə onlayn görüş keçiribRüstəm Ravilov ADAU-da tələbələrlə onlayn görüş keçirib