Məktəbəqədər yaşlı uşaqlar ADAU-da

Bu gün “Menar Kids School” uşaq tədris və inkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən yay məktəbi çərçivəsində məktəbəqədər yaşlı uşaqlar Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tanış olublar.

Bildirilib ki, səfərin məqsədi məktəbəqədər yaşlı balacalarda aqrar sahəyə və kənd təsərrüfatına körpə vaxtlardan marağın oyadılması, gələcəyin mütəxəssislərinin yetişməsi üçün sağlam təməllər atmaqdan ibarətdir.

Qonaqlar Universitetin Baytarlıq fakültəsi, Patoloji anatomiya muzeyi, Anatomiya muzeyi, Açıq və qapalı Balıq yetişdirmə laboratoriyaları, İstixana kompleksi, Tədris-təcrübə bağı və Müasir Heyvandarlıq kompleksi ilə tanış edilib.

Universitetin professor-müəllim heyəti uşaqlara dövlətin həyata keçirdiyi aqrar siyasət və eyni zamanda universitet rəhbərliyinin bu istiqamətdə apardığı işlər haqqında ətraflı məlumat veriblər.

Məktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-daMəktəbəqədər yaşlı uşaqlar ADAU-da