Şəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıb

26 Aprel 2022-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil müəssisəsinin məzunu, şəhid Daşdəmirov Elfak Eltun oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları universitetin tələbə parkında yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra 2 saylı Tələbə evində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Anım tədbirində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Qazax Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları, tələbə yoldaşları və EGE Universitetinin bir qrup professor-müəllimi iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov deyib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Rektor, bu Qələbə sevincini bizə yaşadan şəhidlərin o cümlədən şəhid Elfak Daşdəmirova Allahdan rəhmət diləyərək, valideynlərinə səbr arzulayıb. Şəhidin ad gününün təhsil aldığı universitetdə qeyd olunub, əziz xatirəsinin anılmasını isə Elfakın simasında bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu diqqətə çatdırıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk iki qardaş ölkə arasında olan münasibətlərdən söhbət açıb. Konsul Türkiyənin daim haqlı davasında Azərbaycanın yanında olduğunu deyib. Şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyən diplomat şəhid Elfak Daşdəmirov kimi övladları olan Vətənin heç vaxt düşmən tapdağında qalmayacağını deyib.

Sonra şəhidin xatirəsinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş olunub.

Şəhidin döyüş yoldaşları, tələbə yoldaşları və müəllimləri çıxışlar edərək onun haqqında xatirə və təəssüratlarını bölüşüblər. Şəhidin atası Eltun Daşdəmirov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Bildirilib ki, Elfak Eltun oğlu Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2002-2011-ci illərdə K. Kərimov adına Fərəhli kənd orta məktəbində, 2011-2013-cü illərdə isə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə ali təhsil alıb.

Elfak Daşdəmirov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elfak Daşdəmirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Fizulunun azad olunmasına görə" medalları ilə təltif olunub.

Sonda şəhidin xatirəsinə həsr olunan şeirlər və mahnılar səsləndirilib.

Şəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıbŞəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində anılıb