Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi-praktik konfransı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Baytarlıq təbabəti fakültəsinin dekanı vəzifəsini icra edən Dursun Adıgözəlova tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyini vurğulamış, bu kimi elmi-praktik tədbirlərin gənclərin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və elmi potensiallarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
Konfrans çərçivəsində beş tələbənin elmi məruzəsi dinlənilib və professor-müəllim heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən Həsən Həsənov I yerə, Mütalib Həsənov II yerə, Şərqiyyə Tağızadə isə III yerə layiq görülüb. Qaliblər sertifikat və hədiyyələrlə təltif edilmiş, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.