“Menar Kids School” Təhsil Kompleksində Yay Məktəbi proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən 5–8 yaşlı şagirdlər universitetin Baytarlıq Təbabəti fakültəsini ziyarət edərək aqrar təhsil mühiti ilə yaxından tanış olublar.
Ekskursiya zamanı uşaqlara fakültənin fəaliyyəti, tədris prosesi və baytarlıq sahəsinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Balaca ziyarətçilər Baytarlıq Təbabəti fakültəsinin Anatomiya muzeyini gəzərək müxtəlif heyvan növlərinin anatomik quruluşunu əks etdirən eksponatlarla tanış olublar.
İnteraktiv formada keçirilən ekskursiya uşaqların böyük marağına səbəb olub. Onlar universitetin laboratoriyaları və müasir tədris imkanları ilə tanış olmaqla yanaşı, baytarlıq peşəsi barədə ilkin təsəvvür əldə ediblər.