ADAU tələbələri istehsalat təcrübəsində

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan sonuncu kurs tələbələri ölkənin müxtəlif şəhər və regionlarında fəaliyyət göstərən aparıcı dövlət qurumları və özəl şirkətlərdə istehsalat təcrübələrini davam etdirirlər.

Universitet-sənaye əməkdaşlığı çərçivəsində təşkil olunan bu proqram tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasını təmin etməyə yönəlib. Təcrübə müddətində tələbələr qazandıqları nəzəri bilikləri real iş mühitində tətbiq edir, müasir texnoloji proseslərlə yaxından tanış olur, həmçinin peşəkar bacarıqlarını inkişaf etdirirlər.

Hazırda tələbələr baytarlıq sahəsi üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarələri, “Caspian Vet” və “Best VET” kimi müasir klinika və laboratoriyalarda, iqtisadiyyat və aqrar biznes istiqamətində “Prior Leasing”, “Agrodairy” MMC, Aqrar Xidmətlər Agentliyi və “AzerGold” QSC-də torpaqşünaslıq, meşəçilik və mühəndislik sahələri üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumları, Geodeziya və Kartoqrafiya Agentliyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin regional idarələrində, eləcə də "əczaçılıq" ixtisasları üzrə ölkənin aparıcı müəssisələri olan “Azəri MED” QSC, “AvroMed” QSC və “Zeytun Pharmaceuticals” MMC-də praktik təcrübə keçirlər.


ADAU tələbələri istehsalat təcrübəsindəADAU tələbələri istehsalat təcrübəsindəADAU tələbələri istehsalat təcrübəsindəADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində
ADAU tələbələri istehsalat təcrübəsində