Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Kimya kafedrasının müəllimi, eyni zamanda Türkiyənin Diclə Universitetinin doktorantı Aysel Əsgərova Türkiyənin Diclə Universitetində təşkil olunan akademik konfransda iştirak edib.
Diclə Universitetinin Sağlamlıq Elmləri İnstitutu, Əczaçılıq fakültəsinin Analitik kimya kafedrası tərəfindən doktorantlar üçün təşkil edilən akademik konfrans çərçivəsində Aysel Əsgərova paralel sessiyada elmi məruzə ilə çıxış edib. Təqdimatdan sonra mövzu ətrafında elmi müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Səfər çərçivəsində Əczaçılıq fakültəsinin rəhbərliyi və kafedra əməkdaşları ilə akademik görüşlər keçirilib, gələcək elmi əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda ixtisas üzrə laboratoriya şəraitində elmi-tədqiqat və praktiki işlər həyata keçirilib.