Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Respublika Süni Mayalanma Mərkəzi (RSMM) ilə birgə əməkdaşlıq çərçivəsində “Baytarlıq” ixtisası üzrə təhsil alan tələbələr üçün “İribuynuzlu kənd təsərrüfatı təyinatlı heyvanların süni mayalanması” mövzusunda nəzəri-praktiki təlim keçirilib.
Təlimdə Universitetin Baytarlıq təbabəti fakültəsinin “Baytarlıq” ixtisası üzrə III və V kurslarında təhsil alan və subbakalavr təhsil bazasına malik tələbələri iştirak ediblər.
Məşğələlər aqrar elmlər üzrə fəlsəfə doktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktor müavini, həmçinin ADAU-nun Anatomiya və yoluxmayan daxili xəstəliklər kafedrasının baş müəllimi Ramin Abbasov və RSMM-nin baytar həkimi, həmin kafedranın assistenti Nadir Musayev tərəfindən aparılıb.
Təlim çərçivəsində iştirakçılara iribuynuzlu kənd təsərrüfatı heyvanlarında reproduktiv fiziologiya, süni mayalanma texnologiyaları, müasir reproduktiv metodların tətbiqi və praktik icra qaydaları barədə geniş məlumat verilib. Nəzəri biliklərin möhkəmləndirilməsi məqsədilə tələbələrin iştirakı ilə praktik məşğələlər təşkil olunub.
Sonda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.